DYP sürücülərə müraciət etdi: “Mobil telefonla danışmasınlar..." XƏBƏRDARLIQ

Yol polisi 25 Mart 2019 14:56 Oxunub 1392
DYP sürücülərə müraciət etdi: “Mobil telefonla danışmasınlar..." XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qurum rəsmisi sürücülərə sürət həddinə və ara məsafəsinə diqqət etmələrini tövsiyə edib

“Bölgələrdən gələn sürücülərə diqqətli olmaları üçün müraciət edirik. Sürücülər yorğun, xəstə, içkinin təsiri altında və günün qaranlıq vaxtında avtomobil idarə etməkdən imtina etsinlər. Əsasən gündüz saatlarında paytaxt istiqamətində hərəkətə üstünlük versinlər. Hərəkət zamanı da diqqətli olub, özlərinin və avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərinin bağlanmasını təmin etsinlər. Həmçinin diqqəti yayındıra biləcək söhbətlərdən, mobil telefonla danışıqdan imtina etsinlər”. Avtosfer.az xəbər verir ki, bu sözləri news24.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Qurum rəsmisi sürücülərə müraciət edərək, yolboyu qoyulan yol nişanlarının, eləcə də digər nizamlayıcı texniki vasitələrin tələblərini düzgün yerinə yetirmələrini, sürət həddinə və ara məsafəsinə diqqət etmələrini tövsiyə edib: “Bütövlükdə bu tələblərin yerinə yetirilməsi yol-nəqliyyat hadisələrinin aşağı düşməsinə səbəb olacaq. İki gündən sonra bayram qurtarır. Bu səbəbdən bölgələrdən gələn sürücülər diqqətli olsunlar. Çünki Bakı şəhəri ərazisində zolaqlar üzrə avtomobillərin sıx cərgələnmə ehtimalı, eyni zamanda giriş-çıxış hissələrində nəqliyyat sıxlığının yaşanma ehtimalı ola bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh