Motosikletçi polisə əngəl-kələf oldu - VİDEO

Maraqlı 17 Mart 2015 15:08 Oxunub 1664
Motosikletçi polisə əngəl-kələf oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şübhəlinin azadlıqdan məhrum olunacağı gözlənilir

Avtosfer.az atv.az-a istinadən xəbər veririr ki, yüksək sürətlə polisdən qaçmağa çalışan şübhəli əsl kaskadyorlar kimi şəhər küçələrində fəndlər göstərib, avtomobillə dolu olan yolda qəza şəraiti yaratmaqla digər sürücülərin də həyatını təhlükəyə atıb. Bir müddət sonra isə yolun sonuna gəldiyinin fərqinə varan şəxs ticarət mərkəzinə daxil olaraq heç kimin gözləmədiyi andan motosiklet ilə eskalatordan enərək ticarət mərkəzinin digər çıxış qapısından qaçmağa müvəffəq olub.

Lakin uzun müddətlik qaçdı – qovdudan sonra çətinliklə olsa da, motosikletçini saxlamağa müvəffəq olan polislər onu  nəzarətə götürüb. Qanundan qaçmaqla kifayətlənməyib insanların həyatını da təhlükəyə atan şübhəlinin azadlıqdan məhrum olunacağı gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh