Göyçayda yolu keçən iki qadını avtomobil vurub

Qəzalar 25 Mart 2019 16:22 Oxunub 924
Göyçayda yolu keçən iki qadını avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Göyçay rayonunda iki qadının vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayon mərkəzində yerləşən Nizami küçəsində qeydə alınıb. Həmin küçədə hərəkətdə olan minik avtomobili yolu keçən rayon sakinləri - 1981-ci il təvəllüdlü Samirə Abdurəhmanova və 2001 -ci il təvəllüdlü Nigar Aslanovanı vurub. Hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal ətrafdakıların köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh