Oyun salonundan oğurluq edən qrupun bir üzvü saxlanılıb

Gündəm 25 Mart 2019 16:34 Oxunub 720
Oyun salonundan oğurluq edən qrupun bir üzvü saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində

Paytaxtda kompüter oyunları salonundan oğurluq edən qrupun bir üzvü saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki kompüter oyunları salonlarının birindən 2845 manat dəyərində kompüter və aksesuarlar oğurlamaqda şübhəli bilinən qrupun üzvü Bakı şəhər sakini Ə.Zeynallı saxlanılıb.

O, əvvəllər məhkum həyatı yaşayıb.

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə Ə.Zeynallının rayon ərazisindəki çay evlərinin birindən 4 ədəd televizor və suvenir oğurlaması da müəyyən edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh