Ağcabədidə ağır yol qəzası: 1 ölü, 4 yaralı

Qəzalar 25 Mart 2019 17:05 Oxunub 2197
Ağcabədidə ağır yol qəzası: 1 ölü, 4 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağcabədi rayonunda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, rayonun Hindarx qəsəbəsi ərazisində "VAZ-2106" və "Lada Priora" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ-2106" markalı avtomobilin sərnişini, Ağcabədinin Hacibədəli kənd sakini Sultan Zeynalov hadisə yerində ölüb.

Qəza zamanı hər iki avtomobilin sürücüləri və iki sərnişin xəsarət alıb. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh