Şəkidə yol polisləri əlil və veteranlarla görüşüb - FOTO

Yol polisi 25 Mart 2019 20:10 Oxunub 2016
Şəkidə yol polisləri əlil və veteranlarla görüşüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, vətən qarşısında xidmətləri olmuş şəxsləri, xüsusilə müharibə veteranlarını yol hərəkəti təhlükəsizliyinin təbliği işinə cəlb etmək məqsədilə 25 mart 2019-cu il tarixdə, Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Əfqanıstan Veteranlar Birliyinin Şəki Rayon Şöbəsində Qarabağ və Əfqanıstan əlilləri ilə görüş keçirib. Görüş zamanı, dövlət tərəfindən əlilliyi olan şəxslərə verilmiş nəqliyyat vasitələrindən istifadə zamanı onların özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması, sürücülük hüququ olmayan əlillərin ixtisaslaşmış sürücülük kurslarında təhsil almalarının vacibliyi qeyd olunub. Qarabağ və Əfqanıstan əlillərini yol hərəkəti qaydaları ilə bağlı maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Əfqanıstan Veteranlar Birliyinin Şəki Rayon Şöbəsinin sədri Nazim Yusifov çıxış edərək, belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirib.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh