İmişlidə yol qəzası: 2 yaralı

Qəzalar 26 Mart 2019 09:00 Oxunub 822
İmişlidə yol qəzası: 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparıllr

İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, qəza Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Sarxanlı kəndindən keçən hissəsində qeydə alınıb. İmişli sakini - 1979-cu il təvəllüdlü Qasımov Elnur Yusif oğlu idarə etdiyi "Volkswagen" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Qarabağlı Cəsarət Yadigaroğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparıllr.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh