Marsda sivilizasiyanı sübut edən FOTO

Maraqlı 26 Mart 2019 21:28 Oxunub 1509
Marsda sivilizasiyanı sübut edən FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Versiyaya əsasən, qlobal fəlakətdən sonra marslılar yeraltı şəhərlərə köçüblər

“Opportunity” kosmik aparatı 15 il ərzində Yerə unikal fotolar göndərib. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, fotolar o qədər çox olub ki, bu gün də sensasiyaya səbəb olur. Virtual arxeoloqlar fotoları diqqətlə araşdırdıqdan sonra müxtəlif kəşflərə imza atırlar.

Fotoların birində müstəqil tədqiqatçılar qumanoid mumiyasına çox bənzəyən bir əşya tapıblar. Mars fotosunda kəşf edilən bu heykəl internet şəbəkəsində əsl tufan effekti yaradıb.

Sosial şəbəkənin bəzi istifadəçiləri isə daha real versiya irəli sürüblər. Əgər bu marslı mumiyası deyilsə, qədim yunan heykəlinə çox bənzəyir. Onu isə qədim marslı heykəli adlandırıblar. Əgər bu belədirsə, deməli, Marsda mövcud olmuş və ya hazırda da yaşayan sivilizasiyadan danışmaq mümkündür. Çünki bir versiyaya əsasən, qlobal fəlakətdən sonra marslılar yeraltı şəhərlərə köçüblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh