Ölümü ələ salan velosipedçi - VİDEO

Maraqlı 17 Mart 2015 17:05 Oxunub 1830
Ölümü ələ salan velosipedçi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Italiyalı yeni çıxışlara hazırlaşdığını da deyib

Velosiped onun üçün sadəcə nəqliyyat vasitəsi deyil, həm də adrenalin mənbəyidir. İtaliyada 34 yaşlı bir velosipedçi öz çıxışı ilə ətrafdakıların diqqətini çəkir. Çoxları onun təhlükəli fəndlərini intihara təşəbbüs kimi qiymətləndirsə də, o sadəcə velosiped idarə etməkdə hər kəsdən bacarıqlı olduğunu nümayiş etdirməyə çalışır. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Vittorio Brumotti  uşaqlıqdan velosiped sürməklə məşğuldur. Amma illər keçdikcə, o öz sevimli nəqliyyat vasitəsilə adrenalinin sərhədlərini yoxlamağa başlayıb. Qayalıqda 20 metr hündürlükdə velosipedi təkər qalınlığındakı məhəccər üzərində sürən   Vittorionun səhv etmək  şansı yoxdur, elə yıxılacağı təqdirdə sağ qalmaq ehtimalı da. Əksər adrenalin həvəskarı ölüm təhlükəli çıxışları gerçəkləşdirən vaxt, qorxu amilini məğlub etməyin önəmli olduğunu vurğulayıb. Viitorio isə bunun əksini düşünür. Deyir ki, onu  20 metr hündürlükdə ölümdən qoruyan elə qorxu hissidir. Qorxu olmasa, o səhvə yol verər. Bu səhvi düzəltmək ehtimalının olmadığını o da gözəl başa düşür. Dünyanın ən  bacarıqlı insanlarından biri kimi qiymətləndirilən  italiyalı yeni çıxışlara hazırlaşdığını da deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh