Qəzalar avtomobillərin dəyərini aşağı salır - VİDEO

Avtoxəbər 18 Mart 2015 02:07 Oxunub 1418
Qəzalar avtomobillərin dəyərini aşağı salır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində avtomobilin dəyərdən düşməsində kim məsuldur?

Hər hansı bir qəzadan sonra təmir olunan avtomobilin satış qiyməti istər-istəməz əvvəlki qiymətindən xeyli aşağı düşür. Sahibi avtomobilini satmaq istəyərkən məcbur olaraq vurulmuş maşın kimi daha aşağı qiymətə satır. Avtomobilin qəzadan sonra dəyərinin aşağı düşməsinə görə sahibinə dəyən ziyanı kim ödəməlidir?

Qəzalar avtomobillərin dəyərini minlərlə manat aşağı salır. Xüsusən təzə və qiyməti yüksək olan avtomobillərin. Qəzaya uğrayan avtomobil təmir olunduqdan sonra satılanda alınandan xeyli aşağı qiymət qoyulur.

Bu zaman belə bir sual yaranır. Avtomobilin qəzadan sonra dəyərinin aşağı düşməsinə görə sahibinə dəyən ziyanı kim ödəməlidir?

Hüquqşunaslar isə bildirir ki, avtomobilin qəzadan sonra ümumi dəyərinin aşağı düşməsinə görə sürücüyə dəyən maddi ziyanı qəzaya səbəb olan digər sürücüdən məhkəmə yolu ilə tələb edə bilər.

Sığorta şirkətləri təkcə avtomobilin əzilmiş hissələrinin təmirinə cavabdehdir. Üstəlik, ziyanın sığorta şirkətləri tərəfindən qarşılanması sui-istifadə hallarını da artıra bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh