Bakıda saxta maşın nömrələri çap edilir - FOTO

Avtosfer Foto 28 Mart 2019 19:03 Oxunub 8864
Bakıda saxta maşın nömrələri çap edilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heç bir qanuni əsası yoxdur

"İnstagram"  sosial şəbəkəsində "suvenir nömrə satışı" adlı səhifədə sürücülərə müxtəlif  ad və soyadların olduğu istənilən formalı dövlət qeydiyyat nişanı təklif olunur. Avtosfer.az xəbər verir ki, avtomobilin üzərinə  yalnız qanunla nəzərdə tutulmuş  dövlət nömrə nişanı  vurula bilər. Təssüflər olsun ki, bəzən sürücülər bu qaydaları pozaraq  gecə saatlarında və toy mərasimlərində bu cür  saxta nömrələrdən  istifadə etməklə pozurlar. 

Görüntülərdən də aydındır ki, bu saxta nömrələr heç bir standarta uyğun deyil. Üzərində nə "AZ" nişanı var, nə də digər simvollar düzgün qaydada çap edilməyib. 

DYP bu cür  saxta nömrə hazırlayan  şəxslərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində  iş aparmalıdır. Çünki sürücülərin  belə hallardan sui- stifadə etməsinin qarşısını almaq lazımdır.  Belə ki, bu cür nömrələrdən  istifadə edən və qayda pozan sürücülər aşkarlana bilmir. Eyni zamanda saxta nömrə ilə piyada vurub qaçan, yaxud cinayət törədənlər ola bilər.

Fərid

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh