Biri unitazı dollarla doldurub üstünə.., o biri "Rolex"i çəkiclə əzir...

Maraqlı 28 Mart 2019 21:09 Oxunub 2091
Biri unitazı dollarla doldurub üstünə.., o biri "Rolex"i çəkiclə əzir...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sizin illik qazancınız hər gün mənim bank hesabıma axır"

Zənginliyi ilə öyünən Rusiya oliqarxının oğlu “təbii ehtiyacını” içərisində 3 000 dolların olduğu əlüzyuyanın çanağına ödəyir. Onun bu səhnənin əks olunduğu çarxı oliqarx törəmələrinin abırsız hoqqaları sırasında sonuncu yeri tutur.

Avtosfer.az virtualaz.org-a  istinadən bildirir ki, bu çarxı "İnstaqram"da naməlum şəxs yerləşdirib. Onun bloqu Sovet İttifaqının dağılmasından sonra başgicəlləndirici dərəcədə varlanmış böyük işbazların ailələrindən çıxan "qızıl gənclərin" hoqqalarına həsr olunub.

Bir hazırcavabın qeyd etdiyi kimi, "bu majorlar nə başla dostluq edirlər, nə də pulla".

Başqa bir postda Mariya adlı cazibədar qız özünü şəxsi təyyarəsinin yanında göstərir. Bu sözlər ona aiddir: "Sizin illik qazancınız hər gün mənim bank hesabıma axır".

Qeyd edək ki, bu gün Rusiyada orta illik maaş 5 500 funt təşkil edir.

Mariya həmçinin idman avtomobilinin sükanı arxasında “yaxalanıb”.

Başqa bir rus zəngin "Rolex"ini ləkəli qaba qoyur, çəkiclə əzir və üstünə süd tökür.

Daha bir zəngin varis, Şimali Qafqazdan olan şirin həyat həvəskarı- Londonda, İsveçrədə və İtaliyada lüks yerlərin daimi müştərisi Dubayda VIP-adamlar üçün klubda görünür.

O, idman avtomobilini "Kristal" şampan şərabı ilə yuyur. Həmin şərab 1876-cı ildə xüsusi olaraq rus çarı III Aleksandr üçün yaradılmış resept üzrə hazırlanır və butulkasının qiyməti 150 funtdur.

Oliqarxın oğlu, hansı ki, haqqında yalnız çarın adaşı olduğu məlumdur, belə deyib: "Üç butulka çatmayacaq!"

Onun, həmçinin qarda "Kristal" butulkaları ilə poza aldığı şəkilləri də var.

Kremlin lideri Vladimir Putin gözə kül üfürməyə öyrəşmiş soydaşları barədə narazılığını gizlətməyib. Və gənc sahibkarları inandırmağa çalışıb ki, gəlir özü yalnız o nöqteyi-nəzərdən əhəmiyyətlidir ki, sonrakı inkişafa imkan verir: "Qəbiristanlıqda ən zəngin oğlan olmaq-ən şən hekayət deyil".

"Ümumiyyətlə ən əhəmiyyətlisi, ən əsası, ən vacibi həyatda özünü realizə etməkdir - bu, həyatdan məmnunluq gətirir", -deyə Rusiya lideri bildirib.

Qəzetin oxucuları bütün bunlara maraqlı şərhlər yazıblar.

LilleyBeau: Bu sərvət zəhmətkeşlərin təri və qanı ilə əldə edilib. Buyurun, bu da sizə kommunizm.

Kudugold: Onların əcdadları 1917-ci ildə Rusiyada kommunizm qurdular ki, hamı bərabər olsun. Amma sonradan çarların yerinə bu "yeni ruslar" gəldilər.

JoeAmerican: Bütün bu uşaqlar - ya pozaçılar, ya da sadəcə başqasının puluna kef edənlərdir. "İnstaqram"ın Amerika ulduzları ilə də eyni vəziyyətdir.

Aspen90: Bəsdir onları reklam etdiniz. Onlara elə sizin diqqətiniz lazımdır və siz də, necə deyərlər, onların əlinə oynayırsınız.

MOAR: Milyarderlərin uşaqlarına vəsiyyət etməkdən niyə yan keçdikləri aydındır-onlarda yad sərvətə heç bir hörmət yoxdur.

DrQuad: Hər şeyi, nə lazımdırsa, almaq olar-beyindən başqa. Bu uşaqlarda o yoxdur. Valideynləri onlarla fəxr edə bilərlər: “düzgün dəyərlərlə” özlərinə layiqli əvəz böyüdüblər...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh