Azərbaycan və Türkiyənin idmançı polisləri qarşılaşacaq – FOTO

Yol polisi 29 Mart 2019 14:26 Oxunub 1993
Azərbaycan və Türkiyənin idmançı polisləri qarşılaşacaq – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmsilçilərimiz Türkiyə ilə yanaşı 8 ölkənin  komandası ilə qarşılaşacaq

Aprelin 8-dən 14-dək qardaş Türkiyə Polis Təşkilatının yaranmasının 174-cü ildönümünə həsr olunmuş “Polis Həftəsi” adlı tədbirlər keçiriləcək. Tədbirlər sırasında İstanbul şəhərində beynəlxalq futbol turnirinin keçirilməsi də nəzərdə tutulub. Turnirdə Azərbaycan Daxili İşlər Nazirliyinin idmançı əməkdaşlardan ibarət komandası da iştirak edəcək.  Bununla əlaqədar komanda təlim-məşq toplantılarına başlayıb. DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova komandanın heyətini qəbul edərək onlara öz tövsiyyələrini verib, hazırlığını nəzarətə götürüb. Komandanın rəhbəri, İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov bildirdi ki idmaçılarımız səfərə son hazırlıq tədbirlərini görürlər. Komandanın əsas heyəti 7 nəfərdən ibarətdir. Onlardan 6-sı Əlahiddə Çevik Polis Alayının əməkdaşı, 1-i isə Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşıdır. Onların əksəriyyəti təcrübəli idmançılardır. Təmsilçilərimiz Türkiyə ilə yanaşı 8 ölkənin  komandası ilə qarşılaşacaq. Komandanın məşqçisi ƏÇPA-nın əməkdaşı Atalin Ağayevdir.
Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının komandası dəfələrlə respublika miqyaslı yarışlarda fərqlənib. Müxtəlif yubiley turnirlərinin qalibi olub.

 

Zeyni Hüseynov, 
DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh