Piyadalar saxlanıldı: 20 nəfərə protokol yazılıb - FOTO

Yol polisi 29 Mart 2019 19:27 Oxunub 1261
Piyadalar saxlanıldı: 20 nəfərə protokol yazılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər piyadalara xəbərdarlıq edilərək maarifləndirilib

Bu gün Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində piayadaların müəyyən olunmamış ərazilərdən keçməsinə qarşı reyd təşkil edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Azadlıq prospekti ərazisində keçirilən profilaktik reyd nəticəsində 100-dən artıq piyada saxlanılıb.

Əsasən maarifləndirici əhəmiyyət daşıyan tədbir çərçivəsində piyadalara xəbərdarlıq edilib.

Ümumilikdə gün ərzində rayon ərazisində 255 piyada saxlanılıb.

Saxlanılan piyadalardan 20 nəfərə inzibati protokol tərtib edilib. Digər piyadalara xəbərdarlıq edilərək maarifləndirilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh