Məşhur rok qrupunun üzvləri avtoqəzada öldü – FOTO

Avtosfer Foto 29 Mart 2019 20:50 Oxunub 2865
Məşhur rok qrupunun üzvləri avtoqəzada öldü – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların avtomobili “Pikap”la toqquşub və zərbənin gücündən hər iki maşın yanıb

Britaniyalı məhşur rok qrupu “Her`s”in üzvləri ABŞ-da qastrol səfəri zamanı dəhşətli yol qəzasında ölüblər. Avtosfer.az xəbər verir ki, bu barədə “Daily Mail” portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, qrup üzvləri Stiven Fiçpatrik və Oudun Lading Finiks şəhərindəki konsert çıxışlarından sonra Kaliforniyaya yollanıblar. Onların avtomobili “Pikap”la toqquşub və zərbənin gücündən hər iki maşın yanıb.

Həmçinin qəza nəticəsində konsertin menecerinin də öldüyü bildirilir.

İlkin ehtimallara görə, qəza sürücülərdən birinin sərxoş vəziyyətdə olması səbəbindən baş verib.

Polis əməkdaşları qəzanın baş vermə səbəblərini araşdırır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh