Şəki yol polisi sürücülük məktəbində görüş keçirib - FOTO

Yol polisi 29 Mart 2019 21:15 Oxunub 4918
Şəki yol polisi sürücülük məktəbində görüş keçirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülük hüququ almaq istəyənlər maarifləndirilib

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, 28.03.2019-cu il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəki şəhər flialında təhsilalanlarla görüş keçirib. Görüş zamanı, gələcəkdə sürücülük hüququ əldə etmək istəyən təhsilalanlara sürücülüyün təhlükəli fəaliyyət növü, nəqliyyat vasitələrinin hərəkətdə olan “təhlükə mənbəyi” olduğu izah olunub, bu sahədə nəzəri biliklərə və təcrübəli vərdişlərə mükəmməl yiyələnmək üçün məhz ixtisaslaşmış sürücülük kurslarında təhsil almağın əhəmiyyəti barədə onlarla maarifləndirici söhbət aparılıb.

Tədbirin sonunda, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəki şəhər flialının direktoru, Qaffar Məmmədov, belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirib.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh