Yol polisi körpənin həyatını xilas edib -Qaxda

Yol polisi 29 Mart 2019 21:19 Oxunub 2369
Yol polisi körpənin həyatını xilas edib -Qaxda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaş yol polisinə təşəkkür edib

Bakı şəhər sakini Kazım Hüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda polis əməkdaşlarına minnətdarlığını bildirir.  

K.Hüseynov qeyd edir ki, Novruz bayramı ərəfəsində Balakən rayonunda dayısıgildə qonaq olub. Martın 24-də dayısının yeni doğulmuş körpəsinin səhhəti qəfildən pisləşib. Uşağı Qax rayonunda olan həkim pediatora çatdırmaq lazım gəlib. Onlar təcili Qax şəhərinə yollanıblar.  

Yolu tanımadıqlarından şəhərin girişində xidmət aparan Yol Patrul Xidməti avtomobilinə yaxınlaşıblar.  Vəziyyəti polis əməkdaşına izah edərək körpəni təcili həkimə çatdırmaq üçün yolu soruşublar. Yol polisi əməkdaşı xidməti avtomobili ilə onları xəstəxanaya qədər müşayiət edib.  

Müəllif polisin bu cür davranışının, diqqət və qayğısının, xeyirxah və humanist əməllərinin insanlarda çox böyük fərəh hissi oyatdığını yazır. O, şəxsi heyətin xalqa xidmət ruhunda tərbiyə olunmasına, humanizminə görə DİN rəhbərliyinə, həssas münasibətinə görə Qax DYPB-nin əməkdaşı Anar Qurbanova təşəkkürünü bildirir.    

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh