“Tesla” ən böyük enerji saxlama sistemini quraşdırdı

Texnologiya 30 Mart 2019 09:36 Oxunub 1510
“Tesla” ən böyük enerji saxlama sistemini quraşdırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun yaradılması üzərində Tesla şirkəti yerli dəmiryolu operatoru olan Kintetsu ilə birgə çalışıb

Yaponiyanın Osaka şəhərindəki dəmiryolu stansiyasındakı Powerpack sisteminin quraşdırılması üçün Tesla şirkəti 2 gün vaxt sərf edib. Bu enerji saxlama sistemi pik vaxtda və ani elektrik kəsintiləri zamanı dəmiryolu qatarlarını əlavə enerji ilə təmin edəcək. Bu barədə Hightech.plus saytı xəbər verib. Yaponiyanın Osaka şəhərində Asiyanın ən böyük enerji saxlama sistemi olan Powerpack quraşdırılıb. Onun yaradılması üzərində Tesla şirkəti yerli dəmiryolu operatoru olan Kintetsu ilə birgə çalışıb.

Avtosfer.az technote.az-a istinadən bildirir ki, bu sistem ani elektrik kəsintiləri zamanı qatarları ehtiyat enerji ilə təmin edəcək və beləliklə sərnişinlərə yaxın stansiyalara çatmaqda yardımçı olacaq. Bundan əlavə olaraq Powerpack sistemi pik zamanlarda stansiyanı əlavə enerji ilə də təmin edəcək. 7 meqavatt saat gücündə olan sözügedən sistem 42 enerji blokundan ibarətdir və həmin enerji blokları bir qayda olaraq stansiyanın özündə yerləşdirilib. Sistemin quraşdırılmasına Tesla şirkəti 48 saat zaman sərf edib.

Şirkətin verdiyi məlumata əsasən Yaponiyada olan powerpack sistemi Asiyanın ən böyük Powerpack sistemi olmaqla yanaşı həm də Avstraliya-Asiya regionunun ən böyük sistemlərindən biridir. Enerji gücü baxımından Yaponiyadakı Powerpack sistemini yalnız Avstraliyada və Qərbi Samoa-da yerləşdirilmiş sistemlər üstələyir. Ümumilikdə Tesla şirkəti bütün dünya üzrə artıq yüzlərlə Powerpack sistemini quraşdırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh