"Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi müəyyənləşib - FOTO

Yarışma 1 Aprel 2019 07:47 Oxunub 1624
"Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi müəyyənləşib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarışda ikinci yeri onun komanda üzrə müttəfiqi Valtteri Bottas tutub

"Sahir" avtodromunda "Formula 1" üzrə dünya çempionatının ikinci mərhələsi, Bəhreyn Qran-prisi başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yarışda "Mercedes" komandasının britaniyalı pilotu Luis Hamilton qalib olub. O, hamını üstələyərək finiş xəttinə birinci çatıb. Yarışda ikinci yeri onun komanda üzrə müttəfiqi Valtteri Bottas tutub. Ən yaxşı üçlükdə sonuncu "Ferrari" komandasının pilotu Şarl Lekler olub. Qaliblər siyahısında həmçinin 4-cü yerdə Maks Ferstappen ("Red Bull"), 5-ci yerdə isə Sebastyan Fettel ("Ferrari") qərarlaşıblar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh