Səhiyyə naziri “Formula 1” Qran Prisi ilə bağlı əmr imzalayıb

Yarışma 1 Aprel 2019 11:38 Oxunub 1785
Səhiyyə naziri “Formula 1” Qran Prisi ilə bağlı əmr imzalayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilib

Səhiyyə naziri Oqtay Şirəliyev 21-28 apreldə Bakıda “Formula 1 Azərbaycan Qran Prisi” yarışının keçirilməsi ilə bağlı tədbir iştirakçılarına və qonaqlara tibbi yardımın təmin edilməsi məqsədi ilə əmr imzalayıb. Avtosfer.az xəbər verir ki, bu barədə ONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə yarışın keçiriləcəyi ərazilərdə təcili tibbi yardım xidmətinin növbətçiliyini təmin edilməsi, yarışın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Mərkəzi Neftçilər Xəstəxanasına və Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi, tədbir iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh