Yol polisindən piyadalarla bağlı qeyri-adi TƏDBİR - VİDEO

Yol polisi 1 Aprel 2019 12:37 Oxunub 2666
Yol polisindən piyadalarla bağlı qeyri-adi TƏDBİR - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadalarla söhbət aparılıb

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları Ucar rayonu ərazisində, yol hərəkəti qaydaları pozan, piyada keçidlərindən istifadə etməyən piyadalara qarşı qeyri-adi maarifləndirmə tədbiri keçirib. Avtosfer.az xəbər verir ki, tədbir zamanı hərəkətdə olan patrul maşını ilə müşahidə aparan polis əməkdaşları piyada keçidinin 50-100 metr yaxınlığında magistral yoldan keçərək özünü təhlükəyə atan piyadaları saxlayaraq onlara hüquq və vəzifələri izah ediblər.

Sadəcə bir vətəndaş kimi öz tövsiyələrini verərək deyiblər ki, məhz bu ərazidə ötən ay 3 nəfəri maşın vurub. Səbəb də keçiddən istifadə etməmək olub. YPX əməkdaşı həm vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, həm də onları qayda pozmamağa çağırıblar. Bəzi piyadalar isə cərimələnib.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh