İşçiləri daşıyan mikroavtobus aşdı: 1 ölü, 11 yaralı - FOTO

Avtosfer Foto 1 Aprel 2019 14:30 Oxunub 2399
İşçiləri daşıyan mikroavtobus aşdı: 1 ölü, 11 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilib

Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, Qəza Mersinin Tarsus rayonunda, yolun yağışlı və sürüşkən olması səbəbindən baş verib.

Nəticədə 1 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.

Yaralılar Tarsus Dövlət Xəstəxanasına yerləşdiriliblər. Onlardan 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh