Avtomobil yol kənarına aşdı: Ata, qız, nəvə öldü - FOTO

Avtosfer Foto 2 Aprel 2019 10:03 Oxunub 1641
Avtomobil yol kənarına aşdı: Ata, qız, nəvə öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər iki nəfərin müalicəsi davam etdirilir

Türkiyədə idarəetmədən çıxan avtomobil yol kənarına aşıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, qəza Burdur vilayətinin Çavdır-Tefenni magistralında baş verib. Nəticədə eyni ailədən olan 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Yoldan keçən sürücülərinin xəbər verməsi ilə hadisə yerinə tibb, xilasetmə və polis əməkdaşları gəlib.

Təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılan yaralılardan sürücü, qızı və nəvəsi dünyasını dəyişib. Digər iki nəfərin müalicəsi davam etdirilir.

Polis qəza ilə bağlı araşdırma aparır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh