Naməlum şəxslər park edilmiş avtomobili yandırdı - FOTO

Avtosfer Foto 2 Aprel 2019 13:50 Oxunub 1361
Naməlum şəxslər park edilmiş avtomobili yandırdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis iki nəfərin axtarışına başlayıb

Türkiyədə naməlum şəxslər vətəndaşa aid avtomobili yandırıblar. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Adana şəhərinin Seyhan rayonu, Mithatpaşa məhəlləsində baş verib.

Məlumata görə, şəxsiyyələri məlum olmayan iki nəfər Hayrəddin Qızılçinara aid park edilmiş 01KM257 dövlət qeydiyyat nişanlı maşının üzərinə benzin tökərək yandırıblar. 

Maşınının yandığını görən Qızılçinar vedrə ilə maşının üzərinə su tökərək yanğının genişlənməsinin qarşısını alıb. Nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Avtomobil sahibinin xəbər verməsi ilə hadisə yerinə polis əməkdaşları gəlib.

Polis baş verən hadisə ilə bağlı 2 nəfərin axtarışına başlayıb.

 

Namiq

Adana’da park halindeki otomobil benzin dökülerek kundaklandı

Adana’da park halindeki otomobil benzin dökülerek kundaklandı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh