Sərnişin avtobusu ağaca çırpıldı: 20 yaralı - FOTO

Avtosfer Foto 2 Aprel 2019 16:35 Oxunub 1316
Sərnişin avtobusu ağaca çırpıldı: 20 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsidentin baş vermə səbəbləri araşdırılır

Almaniyada sürücünün idarəetməsindən çıxan sərnişin avtobusunun ağaca çırpılması nəticədə 20 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə Şimali Reyn-Vestfaliya vilayətinin Paderborn şəhərinin polis şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, qəza səhər saatlarında baş verib və toqquşma zamanı avtobusda 12 və 52 yaşlarında 28 sərnişin olub. Onların əksəriyyətinin məktəbli olduğu qeyd edilir.

Yaralılardan 2 nəfərin vəziyyətinin ağır olduğu deyilib.

Polis qəza baş verən küçəni müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlayıb.

Hadisə yerinə 2 xilasetmə helekopteri cəlb olunub.

İnsidentin baş vermə səbəbləri araşdırılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh