Mingəçevirdə yol polisi reyd keçirib: 33 piyada cərimələnib - VİDEO

Yol polisi 3 Aprel 2019 07:46 Oxunub 1165
Mingəçevirdə yol polisi reyd keçirib: 33 piyada cərimələnib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər qayda pozanlarla isə ciddi xəbərdarlıq edilib

Mingəçevirdə yol qaydalarını pozan piyadalara qarşı reyd keçirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, keçirilən reydin məqsədi yol hərəkəti qaydalarını davamlı olaraq pozaraq yollarda qəza vəziyyəti yaradan piyadaların müəyyən etmək olub.

Piyadaların nəqliyyat yollarından keçidinə nəzarət tətbiq edən Mingəçevir Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin, Heydər Əliyev prospekti, 20 yanvar və Nəriman Nərimanov küçələrində 50-dən çox qayda pozucusunu saxlayıb.

Yol hərəkəti qaydalarını pozanlardan bir neçəsi qanunun tələblərinə əməl etməyərək kimliyini bildirməyiblər. Digər qismi isə dəfələrlə yol intizamını pozmasına rəğmən ilk dəfə qaydaları pozduğunu bəhanə edərək məsuliyyətdən yayınmağa çalışıb.

Reyd zamanı piyadalardan 33 nəfərinə inzibati protokol tərtib olunub. Digər qayda pozanlarla isə marifləndirmə xarakterli söhbətlər aparılaraq, ciddi xəbərdarlıq edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh