Çin dünyanın ən böyük tankerini hazırlayır

Texnologiya 3 Aprel 2019 07:55 Oxunub 1196
Çin dünyanın ən böyük tankerini hazırlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gəmi 270 min kub/m-dək enerji resursu daşıya biləcək

Şanxayın gəmiqayırma şirkəti olan “Hudong-Zhonghua” mayeləşdirilmiş təbii qaz daşınmaları üçün dünyanın ən böyük tankerini hazırlamağı planlaşdırır. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi xəbərə görə, gəmi 270 min kub/m-dək enerji resursu daşıya biləcək. Məlumata görə, layihənin hazırlanmasında Norveç mütəxəssisləri də iştirak edəcək. Əldə olunmuş razılığa əsasən, hər iki ölkədən olan konstruktorlar tankerin inşası üçün 2020-ci ilə qədər bütün lazımi texniki sənədləşmələri tərtib edəcək. “Təbii qaz Çinin istehsalat və enerji tələbatında çox mühüm rol oynayacaq və mayeləşdirilmiş təbii qaz enerji daşıyıcısı kimi vacib mənbəyə çevriləcək”, - deyə Çinin Milli Şelf Korporasiyasının sədri Yan Xua bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh