Təkəri partlayan TIR aşdı: 100 metrə sürükləndi, yandı - FOTO

Avtosfer Foto 3 Aprel 2019 14:38 Oxunub 1759
Təkəri partlayan TIR aşdı: 100 metrə sürükləndi, yandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük yerində olan tikinti materialı yola dağılıb

Türkiyədə avtomobil yolunda hərəkətə də olan TIR-ın təkəri partlaması nəticəsində aşıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Sakarya vilayətinin Sapanca rayonunda baş verib. Aşan yük maşını 100 metrə sürükləndikdən sonra yanmağa başlayıb. Yük yerində olan tikinti materialı yola dağılıb. Özünü TIR-dan atan sürücü isə yüngül xəsarətlər alıb. Qəzadan sonra Ankara-İstanbul yolu nəqliyyatın hərəkətinə bağlanıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib.

Yanan yük maşını yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ətrafa dağılan tikinti materialı təmizləndikdən sonra yol nəqliyyatın hərəkətinə açılıb.

Polis qəza ilə bağlı araşdırma aparır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh