Avtomobil park edilmiş yük maşınına çırpıldı: 1 ölü, 3 yaralı - FOTO

Avtosfer Foto 3 Aprel 2019 22:06 Oxunub 3560
Avtomobil park edilmiş yük maşınına çırpıldı: 1 ölü, 3 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırma aparır

Türkiyədə park edilmiş yük maşınına arxadan çırpılan avtomobil deformasiyaya uğrayıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Qəhrəmanmaraş şəhərinin Önsen məhəlləsində baş verib.

Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə tibb, xilasetmə və polis əməkdaşları gəlib.

Yaralılar şəhər xəstəxanalarına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır olduğu bildirilib.

Polis qəza ilə bağlı araşdırma aparır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh