Azərbaycanda yol polisi əməkdaşı mülki geyimdə protokol yazdı - FOTO

Yol polisi 4 Aprel 2019 11:07 Oxunub 3066
Azərbaycanda yol polisi əməkdaşı mülki geyimdə protokol yazdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər bir halda DYP əməkdaşlarının mülki geyimdə xidmət aparması qadağandır

Zaqatalada rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşının mülki geyimdə protokol yazmasını əks etdirən görüntülər yayılıb. Avtosfer.az xəbər verir ki, ONA-nın qaynar xəttinə göndərilən fotodan məlum olur ki, DYP-yə məxsus KİA markalı, 90 YP 586 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan mülki geyimli polis əməkdaşı sürücüyə protokol yazır. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev görüntü ilə bağlı araşdırmalara başlanıldığını və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib.

R.Quliyev həmçinin əlavə edib ki, hər bir halda DYP əməkdaşlarının mülki geyimdə xidmət aparması qadağandır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh