Bakıda piyadanı vurub hadisə yerindən qaçan daha bir sürücü saxlanılıb

Qaydalar 4 Aprel 2019 11:33 Oxunub 1381
Bakıda piyadanı vurub hadisə yerindən qaçan daha bir sürücü saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib

Bakıda piyadanı vurub hadisə yerindən qaçan daha bir sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini H.Məmmədzadənin avtomobillə vurulması barədə müraciət daxil olub. Araşdırmalarla H.Məmmədzadənin cari il mart ayının 27-də saat 22 radələrində Yeni Yasamal-2 yaşayış sahəsində yolu keçərkən vurulması müəyyən edilib. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və yol-nəqliyyat hadisəsinin “Jeep” markalı avtomobillə törədildiyi müəyyən edilib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi və Yasamal RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini N.Bəybalıyev saxlanılıb.

Araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh