Ramil Usubov Bakıda iki yol polisi rəisinin yerini DƏYİŞDİ

Yol polisi 4 Aprel 2019 15:23 Oxunub 8956
Ramil Usubov Bakıda iki yol polisi rəisinin yerini DƏYİŞDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazir bununla bağlı əmr imzalayıb

Daxili İşlər naziri Ramil Usubov iki polis rəisinin yerini dəyişib. Məlumata görə, general-polkovnik Ramil Usubovun əmri ilə, Suraxanı Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi polis polkovnik-leytenantı Sadıq Abbasov Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi təyin edilib. Nazirin digər əmri ilə, Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Məmmədov Suraxanı Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Xəbəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh