Qadın sürücülərin idarə etdiyi avtomobillər toqquşub - FOTO

Qaydalar 4 Aprel 2019 16:03 Oxunub 2045
Qadın sürücülərin idarə etdiyi avtomobillər toqquşub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan biri xəsarət alıb

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. ONA-nın məlumatına görə, şəhərin Nəriman Nərimanov küçəsində yol ayrıcında iki avtomobil toqquşub. Belə ki, 90 CS 888 dövlət nömrə nişanlı, "Renault" markalı avtomobil qarşıdan gələn 90 PU 618 dövlət nömrə nişanlı, "Kia" markalı avtomobilə çırpılıb. Toqquşma nəticəsində "Renault" markalı avtomobilin sürücüsü, 31 yaşlı Şəlalə Məmmədova xəsarət alıb. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Onu da əlavə edək ki, qəzaya düşən digər avtomobilin sürücüsü də qadın olub.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh