Yük maşını dərəyə yuvarlandı: 1 ölü, 2 yaralı - FOTO

Avtosfer Foto 5 Aprel 2019 08:25 Oxunub 1496
Yük maşını dərəyə yuvarlandı: 1 ölü, 2 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırma aparır

Türkiyədə idarəetmədən çıxan yük maşını dərəyə yuvarlanıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, qəza səhər saatlarında Hakkari vilayətinin Yüksəkova rayonundan 30 kilometr uzaqlıqda baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Digər sürücülərin çağırışı ilə hadisə yerinə tibb, xilasetmə və polis əməkdaşları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə Yüksəkova Dövlət xəstəxanasına yerləşdiriliblər.

Polis qəza ilə bağlı araşdırma aparır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh