Yeni universal avtomobilin sirri açıldı - FOTO

Avtoxəbər 20 Mart 2015 22:54 Oxunub 4226
Yeni universal avtomobilin sirri açıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maksimum sürət 250 km/saat həddində elektron qurğu ilə məhdudlaşdırılıb

«Mercedes-Benz» şirkəti “qaynar” «Mercedes-Benz» CLA 45 AMG «Shooting Brake OrangeArt Edition» universalın geniş qalereyasını dərc edib. Avtomobilin 360 a.g. hasil edən mühərriklə təchiz edilən və belə uzun adı olan versiyası çoxsaylı eksklüziv tərtibat elementləri və 65 539 avro qiyməti ilə öyünə bilər. Avtosfer.az 4charx.com-a istinadən bildirir ki, xüsusi avtomobilin adından da göründüyü kimi “qaynar” universal «Mercedes-Benz CLA 45 AMG Shooting Brake OrangeArt Edition» interyer və eksteryerin tərtibatında radiator barmaqlığını, əsas optik hissələri, arxa görünüş xarici güzgülərin korpuslarını, arxa diffuzoru və unikal donuq qara rəngli təkər disklərini bəzəyən narıncı aksentlər əldə edib.

Bundan başqa, «Mercedes-Benz CLA 45 AMG Shooting Brake» universalın «OrangeArt Edition» xüsusi versiyası dəri salon, dəyişikliyə məruz qalmış cihaz lövhəsi, xüsusi idman kürsüləri, narıncı rəngdə təzadlı tikişləri və eksklüziv avtomobil sahibinin alacağı xüsusi şəxsiyyət vəsiqəsi ilə də öyünə bilər.

Ən balaca, lakin olduqca “acıqlı” universal 360 a.g. və 450 Nm fırlanma anı hasil edən 2,0 litrlik turbo gücləndiricili benzin mühərriki ilə təchiz edilib. «Mercedes-Benz CLA 45 AMG Shooting Brake OrangeArt Edition» avtomobili 7 pilləli xüsusi AMG SPEEDSHIFT DCT avtomat transmissiyası və 4MATIC tam ötürmə sistemi əldə edib. Avtomobil 0-100 km/saat sürətlənməni 4,7 saniyəyə həyata keçirir. Maksimum sürət 250 km/saat həddində elektron qurğu ilə məhdudlaşdırılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh