Avropa Komissiyası "BMW" şirkətini cərimələyib

Avtoxəbər 6 Aprel 2019 09:33 Oxunub 1076
Avropa Komissiyası "BMW" şirkətini cərimələyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə alıcılar havanın az miqdarda çirklənməsinə xidmət edəcək avtomobillər əldə etməkdən məhrum olub

Avropa Komissiyası rəqibləri ilə sövdələşməkdə ittiham etdiyi “BMW” avtokonsernini cərimələyib. Avtosfer.az-ın "Report"a  istinadən verdiyi xəbərə görə, idarə heyətinin iclasında antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq olunan 1 milyard avro həcmindəki cərimə sanksiyasının ödənilməsinə qərar verilib.

Xatırladaq ki, Avropa Komissiyası BMW, “Daimler” və “Volkswagen” şirkətlərini 8 il ərzində qanunvericiliyin müddəalarına zidd şəkildə fəaliyyət göstərməkdə ittiham edib. Bunun nəticəsində isə alıcılar havanın az miqdarda çirklənməsinə xidmət edəcək avtomobillər əldə etməkdən məhrum olub.

İqtisadçılar sözü gedən qərarın şirkətin 2019-cu ilin ilk rübü üzrə maliyyə göstəricilərinə neqativ təsir edəcəyini proqnozlaşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh