Yol polisi maşına gerb yapışdıranlara xəbərdarlıq etdi: OLMAZ!

Yol polisi 6 Aprel 2019 19:13 Oxunub 10247
Yol polisi maşına gerb yapışdıranlara xəbərdarlıq etdi: OLMAZ!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət atributlarından istifadə qaydalarına əməl etmək lazımdır

Son vaxtlar Azərbaycanda avtomobillərin arxa alın şüşələrinə müxtəlif ölçülərdə dövlət gerbinin yapışdırılması halları çoxalıb və trendə çevrilib. Hər 10 maşından 4-də bu yapışqanlara rast gəlmək mümkündür. Hətta bəzi sürücülər daha da irəli gedərək iki gerbi yan-yana yapışdırır. Bu isə yol polisinin narazılığına səbəb olub.

Məsələ ilə Baş Dövlət Yol Polisi İdarəsi açıqlama yayıb. İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Avtosfer.az-a bildirib ki,  dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yolverilməzdir. Dövlət atributlarından yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür”.

Rüfət Quliyev onu da əlavə edib ki, dövlət atributlarına hörmətlə yanaşma hər bir Azərbaycan Respublikasının vətəndaşının borcudur.

Qeyd edək ki, buna görə cərimə nəzərdə tutulmasa da dövlət atributlarından istifadə qaydalarına əməl etmək lazımdır.

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh