Rafael Cəbrayılov: ”Sığorta sistemimiz bərbaddır!”

Yazarlar 6 Aprel 2019 20:15 Oxunub 2847
Rafael Cəbrayılov: ”Sığorta sistemimiz bərbaddır!”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu hallara qarşı ciddi mübarizə aparmaq lazımdır

Güclü iqtisadiyyatı işlək sığorta sistemi olmadan təsəvvür etmək mümkün deyil. İqtisadiyyatın sürətli inkişafı, daxili və xarici investisiyaların cəlb olunmasının əsas şərti işlək və etibarlı sığorta sisteminin movcud olmasıdır. Ümumiyyətlə, etibarlı sığorta sistemi olmadan kapitalqoyuluşu mümkün deyil. Müasir dövrde insan həyatından tutmuş müxtəlif əmlak növlərinin sığortası, habelə, bədbəxt hadisələrdən sığortalanmaya qədər çeşidli sığorta növləri mövcuddur. Nəzərə alsaq ki, insan hətta öz həyatını sığorta etdirməklə ailəsi və doğmaları üçün fədakarlıq nümunəsi göstərir, onda müasir cəmiyyətdə sığortanın əhəmiyyətini daha yaxşı anlamaq olar. Qanunvericilikdə könüllü və icbari sığortalar mövcuddur.

Təəssüf hissi ilə qeyd etmək istərdim ki, sığorta sistemimiz bərbaddır. Sığorta hadisəsi baş verəndən sonra bunun müvafiq qaydada sənədləşdirilməsi və sığorta məbləğinin alınması cox çətin bir məsələyə çevrilir. Bununla bağlı məhkəmə mübahisələri uzun müddət davam edir. Sürücünün mülki məsuliyyətinin icbari sığortası ilə bağlı daha çox qanunsuzluq və süründürmələrə rast gəlmək mümkündür. Nəticədə insanlar incidilir, sığorta məbləğini ya ala bilmirlər, ya da çox çətinliklə və qismən ala bilirlər. Bununla bağlı mene olunan müraciətlərdən də bunu görmək mümkündür. Onu da qeyd etmək istərdim ki, sığorta qanunvericiliyimizlə bağlı heç bir problem yoxdur. Respublikamızın dünya standartlarına uyğun sığorta qanunvericiliyi var. Problem sığorta orqanları tərəfindən qanunlara ciddi riayət edilməməsindədir. Bu hallara qarşı ciddi mübarizə aparmaq lazımdır.

Üzümü sığorta orqanlarına tutub demək istəyirəm ki, bu kimi hallar konkret vəziyyətdən asılı olaraq inzibati, cinayət və mülki məsuliyyətə səbəb olur. Dini baxımdan isə günahdır və qeyri-əxlaqidir.

Rafael Cəbrayılov

Milli Məclisin deputatı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh