Polisdən qaçan sürücü 4 avtomobilə ziyan vurdu - FOTO

Avtosfer Foto 6 Aprel 2019 17:35 Oxunub 1492
Polisdən qaçan sürücü 4 avtomobilə ziyan vurdu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyədə polisdən qaçan sürücü 4 avtomobilə maddi ziyan vurub. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Ankara şəhərinin Çankaya rayonunda baş verib. İddiaya görə, ərazidə reyd keçirən polis əməkdaşları vəziyyətindən şübhələndikləri Bora A.-nın idarə etdiyi avtomobili dayandırmaq istəyiblər.

Sürücü polisin əmrinə məhəl qoymayaraq qaçmağa başlayıb.

Polis əməkdaşları ilə başlayan qaçdı-tutdu əsnasında, 1057. küçəsində  hərəkətdə olan Bora A.-nın idarəsində olan avtomobil, əvvəlcə yolun sağında park edilən 2 maşına sonrada yolun solunda dayanan 2 nəqliyyat vasitəsinə çırpılıb.

Avtomobildən çıxaraq qaçmağa cəhd edən Bora A. və sərnişini Berkat Y. polis əməkdaşları tərəfindən yaxalanıblar. Saxlanılan şəxslər ətrafda olan mətbuat işçilərinə söyüşlər söyüblər.

Hadisəni törədən Bora A.-nın idarə etdiyi maşının sükanında olan "sükan qıfılı" diqqət çəkib.

Xəbər verilməsi ilə hadisə yerinə çoxlu sayda polis briqadaları cəlb edilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh