Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Avtoxəbər 6 Aprel 2019 22:59 Oxunub 1046
Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki nəfər nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb

Hacıqabulda baş verən avtoqəzada 2 nəfər ağır xəsarət alıb. ONA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul şəhərindən keçən hissəsində, yolötürücü körpünün üzərində baş verib. "VAZ 2106" markalı avtomobil dəmir səddə çırpılıb. Nəticədə sürücü, Hacıqabul rayonunun Rəncbər kənd sakini, 1998-ci il təvəllüdlü Həsənov Elşən Gülağa oğlu ağır kəllə-beyin travması ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə, avtomobildə olan sərnişin - Hacıqabul sakini, 1979-cu il təvəllüdlü İbrahimi Qadir Şahbaz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh