Gürcüstanda elektrik avtomobillər istehsal olunacaq

Avtoxəbər 7 Aprel 2019 17:15 Oxunub 1514
Gürcüstanda elektrik avtomobillər istehsal olunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Maşınlar ölkədən Avropa bazarına ixrac olunacaq əsas mal olacaq"

Gürcüstanın Kutaisi şəhərində elektik enerjisi ilə işləyən avtomobillər istehsal edəcək fabrik inşa olunacaq. Avtosfer.az “Report”a istinadən məlumat verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib. Onun sözlərinə görə, dünyanın iri avtomobil istehsalçılarından olan "Changan" şirkəti Gürcüstanda elektrik avtomobillər istehsal edəcək fabrikin tikintisi barədə qərar qəbul edib: "Bizim regionda ilk dəfə olaraq Gürcüstanda elektrik avtomobillərin istehsalına başlanılacaq. "Changan" "Volvo", "Volkswagen" və "Ford" şirkətlərinin strateji tərəfdaşıdır. 2020-ci ildən etibarən elektrik avtomobillərin satışını həyata keçirə biləcəyik".

M.Baxtadze deyib ki, fabrikin istehsal gücü 40 min avtomobil olacaq ki, bunun da 50%-i daxili bazar üçün nəzərdə tutulacaq. Avtomobillərin 20 mini isə Avropa İttifaqı ölkələrinə ixrac olunacaq: “Bu, böyük uğurdur. Gürcüstanda istehsal olunacaq elektrik maşınlar ölkədən Avropa bazarına ixrac olunacaq əsas mal olacaq. Fabrikdə elektrik avtomobillərin 4 modeli istehsal ediləcək və nəqliyyat vasitələri Gürcüstanın bütün vətəndaşları üçün əlçatan olacaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh