Yol polisi Astarada reyd keçirib

Yol polisi 8 Aprel 2019 07:07 Oxunub 1003
Yol polisi Astarada reyd keçirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Təmiz hava” aylığı aksiyası aprelin 28-dək davam etdiriləcək

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində nəqliyyatın sıx olduğu küçələrdə profilaktiki reyd təşkil olunub. Avtosfer.az xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin istismarı nəticəsində ətraf mühitə atılan zərərli maddələrin insanların həyat və sağlamlığına ciddi təhlükə törətməsi barədə nəqliyyat vasitələrinin sürücülərinə müvafiq məlumatlar verilib, izahedici söhbətlər aparılıb.

Eyni zamanda istismar müddəti bitmiş, hər an nasazlıq yarana biləcək, həmçinin ətrafdakı nəqliyyat vasitələri və piyadalar üçün təhlükələrə səbəb olacaq minik avtomobillərinin və mikroavtobusların sürücülərinin bir daha diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Bununla yanaşı uzun müddət yaşayış binalarının və digər obyektlərin qarşısında, yolların kənarında saxlanılmış nəqliyyat vasitələrinin də həmin ərazilərdən götürülməsi ilə bağlı müvafiq tədbirlər görülüb, sözügedən nəqliyyat vasitələrinin sahibləri ilə profilaktiki söhbətlər aparılıb. Reyddən sonra sərnişin daşımalarını həyata keçirən sürücülər üçün “Astara-Nəqliyyat” ASC-də maarifləndirici tədbir keçirilib.

Qeyd edək ki, “Təmiz hava” aylığı aksiyası aprel ayının 28-dək davam etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh