Sərnişin avtobusu aşdı: 32 yaralı - FOTO

Avtosfer Foto 8 Aprel 2019 11:10 Oxunub 1328
Sərnişin avtobusu aşdı: 32 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırma aparır

Türkiyədə idarəetmədən çıxan sərnişin avtobusu aşıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Sakaryanın Anadolu avtomobil yolunun Ankara istiqamətində baş verib.

Qəza nəticəsində 32 nəfər xəsarət alıb.

Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə xeyli sayda tibb, xilasetmə və polis əməkdaşları gəlib.

Yaralılar təcili tibbi yardım maşınları ilə şəhərin müxtəlif xəstəxanalarına yerləşdiriliblər.

Onlardan 5 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

Bu arada, qəza baş verən anda, arxadan gələn yük maşınının sürücüsü avtobusa çırpılmamaq üçün manevr edərək nəqliyyat vasitəsini yoldan çıxarıb.

Polis qəza ilə bağlı araşdırma aparır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh