Avtomobilinizin ömrünü uzadan 5 mühüm vərdiş - Sürücülər üçün fatdalı bilgilər

Avtoxəbər 8 Aprel 2019 15:36 Oxunub 1723
Avtomobilinizin ömrünü uzadan 5 mühüm vərdiş - Sürücülər üçün fatdalı bilgilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reytinqi güc aqreqatlarında yağı dəyişmək vərdişi açır

Etibarlı və problemsiz avtomobil bir çox hallarda istehsalçıya yox nəqliyyat vasitəsinin sahibinin diqqət və qayğısına bağlıdır ki, bu da çox vaxt düzgün baxım və vaxtlı vaxtında xidmətdə özünü göstərir. Avtosfer.az “finans.az”-a istinadən xəbər verir ki, sürücünün avtomobilin ömrünü uzadan TOP-5 vərdişi aşağıdakılardır. Reytinqi güc aqreqatlarında yağı dəyişmək vərdişi açır. Bununla mühərrik və transmisiya yüksək aşınmadan qorunmuş olur..

İkinci və az əhəmiyyətli olmayan vərdiş çıxar materiallarının (filtirlər, alışdırma şamları və sair) vaxtlı vaxtında dəyişdirilməsi.

Üçüncü vərdiş avtomobilin qovşaq və aqreqatlarının durumunu daim nəzarətdə saxlamaq. İstənilən təcrübəli sürücü burada ilk növbədə yağın həddinin, antifrizin həddinin, işıq cihazlarının işləkliyinin, təkərlərin təziqinin (ötürücü yoxdursa) yoxlanılmasını qeyd edəcək.

Dördüncü yerdə avtomobilin mütəmadi yuyulması gəlir. Bununla sürücülər həm mümkün cızıqları, əzikləri operativ tapa və lakboya örtüyünün xidmət vaxtını uzada bilərlər.

Reytinqi avtomobili idarə edərkən kənar səslərə qulaq vermə vərdişi gəlir. Belə ki avtomobildən gələn “geyri normal” akustik səslər nasazlığın ilk əlamətidir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh