10 milyonuncu vətəndaşın polis atası - FOTO

Yol polisi 8 Aprel 2019 15:41 Oxunub 1620
10 milyonuncu vətəndaşın polis atası - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, 2012-ci ildən polis orqanlarında xidmət edir

Xəbər verdiyimiz kimi, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.
Azvision.az -ın əldə etdiyi məlumata görə, R.Həsənov 1991-ci ilin iyul ayının 18-də anadan olub. O, 2012-ci ildən polis orqanlarında xidmət edir. 2017-ci ilin dekabr ayında ailə həyatı qurub. Hazırda ailəsi ilə birlikdə Bakının Sulutəpə qəsəbəsində yaşayır. 

Qeyd edək ki, Azərbaycanın 10 milyonuncu vətəndaşına ailəsi tərəfindən Mehriban adı qoyulub. 
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh