Bakıda ərəb turistin gəmidə itirdiyi çantanı polis tapdı - İçində pul sənədlər var - VİDEO

Yol polisi 8 Aprel 2019 15:56 Oxunub 1321
Bakıda ərəb turistin gəmidə itirdiyi çantanı polis tapdı - İçində pul sənədlər var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Su Polisi “Şəfəq” gəmisinin göyərtəsində ərəb turistə köməklik edib

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ölkəmizdə səfərdə olan ərəb turistin itən çantasını qısa zamanda taparaq sahibinə qaytarıb. Su Nəqliyyatında Polis İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, aprelin 7-də, saat 21:25 radələrində Su Nəqliyyatında Polis İdarəsinə Səudiyyə Ərəbistanı vətəndaşı, Azərbaycana turist kimi gələn Aisha Hussain Ali Baqir Alzarooni tərəfindən zəng daxil olub.

Həmin şəxs müraciətində Dənizkənarı Milli Parkın ərazisində “Şəfəq” gəzinti gəmisində olan zaman çantasının itdiyini bildirib. Aisha Hussain çantada şəxsi sənədlərinin, pulunun və digər lazımı ləvazimatlarının olduğunu deyib. Məlumat İdarə rəisinə məruzə olunub və qısa zamanda verilən göstərişə əsasən əməliyyat qrupu hadisə yerinə göndərib. Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının səyi nəticəsində turistin çantası saat 01:00 radələrində tapılaraq sahibinə qaytarılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh