Avtomobil dəmir məhəccərə çırpıldı: 1 nəfər yanaraq ölüb - FOTO

Avtosfer Foto 8 Aprel 2019 20:35 Oxunub 1578
Avtomobil dəmir məhəccərə çırpıldı: 1 nəfər yanaraq ölüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha 1 nəfər isə xəsarət alıb

Türkiyədə dəmir məhəccərə çırpılan avtomobil yanıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, qəza Sivasın Akıncılar rayonunda baş verib. Suşəhər – Ərzincan istiqamətində hərəkətdə olan maşın sürücünün idarə etməsindən çıxaraq dəmir məhəccərə dəyib. Qəzanın şiddətindən nəqliyyat vasitəsi yanıb.

Ətrafdakı vətəndaşların çağırışı ilə hadisə yerinə polis, tibb və yanğınsöndürmə əməkdaşları gəlib. Qısa müddət ərzində hadisə yerinə gələn əməkdaşlar yanğına müdaxilə ediblər.

Nəticədə 1 nəfər yanaraq ölüb, 1 nəfər isə xəsarət alıb.

Yaralı Akıncılar Dövlət Xəstəxanasına yerləşdirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh