Bakı-Sumqayıt yolu: 30 illik deyirdilər, 2 ilə dağıldı

Yazarlar 22 Mart 2015 22:33 Oxunub 2453
Bakı-Sumqayıt yolu: 30 illik deyirdilər, 2 ilə dağıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
30 illiyə istismara verilən avtoban magistralın ömrü 5 il də çəkmədi

2011-ci ildə tam olaraq istismara verilən Bakı-Sumqayıt (Bakı-Quba Rostov-red.) yolu bərbad hala düşüb. Əslində, bu avtoban magistralda çökmə, qabarma və dağılma halları 2012-ci ildən müşahidə edilməyə başlamışdı. 2013-cü ildə yolun bir xeyli hissəsində təmir-bərpa - əslində yamaqvurma işləri aparıldı. İndi isə Bakı-Sumqayıt yolu “müharibədən çıxmış” durumu xatırladır.

Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Bakı-Sumqayıt yolunun bəzi hissələrində - Masazır, Saray, Ceyranbatan qəsəbələri ərazisində - çəkilən fotolardan da görünür ki, şosse dəfələrlə yamanmaqdan yararsız haldadır. Bakı-Sumqayıt yolunda artıq elə vəziyyət yaranıb ki, 3 zolaqlı yolun iki zolağında hərəkət avtomobillərə ziyan vurduğundan hamı 1-ci zolaqla hərəkət edir. Bu isə axına mane olur, qəzalar törənir. Son vaxtlar Bakı-Sumqayıt yolunda ağır qəzaların artmasının əsas səbəblərindən biri də yolun dağılmasıdır. Hamı nisbətən normal vəziyyətdə olan birinci zolaqla hərəkət etmək istəyir, amma heç də hamı sürətlə sürmür. Arxadan sürətlə gələn avtomobil isə birinci yoldan ikinci yola keçmək istəməyən maşını manevr edərək sağdan ötüb keçməyə çalışır və qəza baş verir...

Bakıdan Sumqayıta qədər şosse boyunca hər iki tərəfdə qabarmalar, enmələr, çalalar əmələ gəlib. Düzdür, dağılan yerləri əksərən yamayıblar. Amma məsələ ondadır ki, Bakı-Sumqayıt yolunun 30 il müddətinə istismara verildiyi bəyan edilmişdi. Nəinki 30, cəmi 2 il sonra yol bərbad hala düşüb. Bu, həmin şossenin keyfiyyətsiz çəkilməsinin, ciddi maxinasiyalara yol verilməsinin göstəricisidir. Hələ yol inşa edilən zaman mütəxəssislər işlərin həddən artıq keyfiyyətsiz aparıldığını və qısa müddət sonra bu şossenin dağılacağını bildirirdilər. Gözləntilər artıq özünü doğruldur.

Nəzərə çatdıraq ki, Bakı-Quba yolu təkcə Sumqayıta qədər olan ərazidə deyil, Xızı, Siyəzən, Xaçmaz rayonları ərazilərində də dağılıb.

Nəzərə satdıraq ki, Bakı-Quba-Rostov yolunun qurulmasına 630 milyon manat pul ayrılmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh