Yas yerinə gedən ailə qəzaya düşdü: 6 ölü, 5 yaralı - FOTO

Avtosfer Foto 9 Aprel 2019 07:57 Oxunub 2450
Yas yerinə gedən ailə qəzaya düşdü: 6 ölü, 5 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırma aparır

Türkiyədə, Qaziantepdən İstanbula yas yerinə gedən ailə qəzaya düşüb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Düzcə Gümüşova avtomobil yolunda baş verib. Əldə edilən məlumata görə, İstanbul istiqamətində hərəkətdə olan mikroavtobus yük maşınına arxadan çırpılıb. Toqquşmanın şiddətindən, sürəti də yüksək olan mikroavtobus TIR-ın altına girib. Nəticədə bir ailədən 6 nəfər ölüb, 2-si uşaq olmaqla 5 nəfər isə xəsarət alıb. Digər sürücülərin xəbər verməsi ilə hadisə yerinə çox sayda tibb və xilasetmə və polis briqadaları gəlib. Yaralılar təcili tibbi yardım maşınları ilə Düzcə və Sakarya şəhər xəstəxanalarına yerləşdiriliblər.

Polis qəza ilə bağlı araşdırma aparır.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh