«Ferrari» F12 yeni disklərlə - FOTO

Avtoxəbər 22 Mart 2015 15:59 Oxunub 1523
«Ferrari» F12 yeni disklərlə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun digər modellərdən fərqlənməsi heç də təəcüblü deyil

Bu «Ferrari» F12 Berlinetta superkarı «ADV.1» şirkətinin banisinə məxsusdur. Onun digər qardaş-modellərdən fərqlənməsi heç də təəcüblü deyil.

Avtosfer.az 4charx.com-a istinadən bildirir ki, dərhal donuq qara rəngli ADV10R Track Spec CS təkər diskləri diqqət çəkir. Bununla yanaşı avtomobil kifayət qədər iri bodi-kit əldə edib. Ona karbon komponentlər, aşağı endirilmiş asqı və həmçinin superkarın təkcə səsini dəyişdirməyən, həm də gücünü və fırlanma anını artıran Capristo xaricetmə sistemi daxildir.

Xatırladaq ki, standart Ferrari F12 Berlinetta superkarı 730 a.g. və 690 Nm fırlanma anı hasil edən 6,3 litrlik V12 atmosfer mühərriki ilə təchiz edilib. Aqreqat 7 pilləli avtomat ötürücü qutu ilə birgə avtomobilin ilk “yüzlüyə” 3,1 saniyədə sürətlənməsini təmin edir. Maksimal sürət 350 km/saat təşkil edir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh